• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Beşiktaş” böyük hesabla uduzdu

İDMAN

20 Yanvar 2024 | 22:39 | Müəllif: Subhan Mahmudov

“Beşiktaş” böyük hesabla uduzdu

Futbol üzrə Türkiyə Superliqasında XXI turun növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub.

Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirspor" isə "Ankaragücü" heç-heçə edib - 1:1.

Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Fənərbağça" başçılıq edir. Liderdən iki xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026