• Bakı C

    8.67 m/s

"Beşiktaş" "Trabzonspor"u məğlub edib

İDMAN

15 Fevral 2025 | 23:10

Beşiktaş Trabzonsporu məğlub edib

Türkiyə Superliqasında 24-cü turun daha 3 oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, turun mərkəzi görüşündə “Beşiktaş” “Trabzonspor”u qəbul edib.

“Vodafone Park” stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hazırda “Beşiktaş” 38 xalla 5-ci, “Trabzonspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Adana Dəmirspor” “Antalyaspor”la heç-heçə (1:1) edib, “Qaziantep” “Sivasspor”a (2:1), “Bodrumspor” isə “Başakşəhər”ə (1:0) qalib gəlib.


SON XƏBƏRLƏR

18 Fevral 2025