Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasına başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında onun vəkili Aqil Layıc məlumat verib.
A. Layıcın sözlərinə görə, Bəxtiyar Hacıyev aclıq aksiyasına başladığını bu gün keçirilən məhkəmədə bildirib.
Qeyd edək ki, xuliqanlıqda təqsirləndirilən Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun apellyasiya şikayəti isə təmin edilməyib.
















