Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
15:00
Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilibki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.
14:25
Bəxtiyar Hacıyev saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi 221.3 (xuliqanlıq) və 289.2 (məhkəməyə hörmətsizlik) üzrə cinayət işi açılıb.
Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd olunub ki, B. Hacıyev hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə aparılır.
















