• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Beyləqanda silahlı insident olub - YENİLƏNİB

HADİSƏ

18 Iyul 2024 | 10:39

Beyləqanda silahlı insident olub - YENİLƏNİB

Beyləqanda tanışını güllələyən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Samir Axundov saxlanılıb. Hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləyi kəsilmiş odlu silah polis əməkdaşları tərəfindən müəyyən edilərək götürülüb.

    Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

    ***

    09:18

    Beyləqan rayonunda silahlı insident olub.

    Bakıvaxvtı.az xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

    Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

    Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Sentyabr 2026