“Ana və uşaq sağlamlığı da 2023-cü ilin ilk 6 ayında da diqqət mərkəzində olan sahələrdən biri olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun 22 iyul Milli Mətbuat Günündə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, ana və uşaq ölümləri halları diqqətlə araşdırılaraq təhlil olunub, tibb müəssisəsi səhlənkarlığı varsa, cəza tədbirləri görülüb, ailə və anaların vaxtında həkimə müraciət etməməsi səbəbindən baş verən fəsadların aradan qaldırılması üçün maarifləndirmə işləri aparılaraq anaların erkən hamiləlik dönəmindən tibbi müayinələrə cəlb olunmasına çalışılıb. Cənub regionunda “Təhlükəsiz analıq” layihəsi icra olunub.
Ramid İbrahimov
















