• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Biləcəridə quru otluq sahədəki yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ

05 Avqust 2023 | 18:48

Biləcəridə quru otluq sahədəki yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın 20 dəqiqə ərzində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.

 

17:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR