• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı-Sumqayıt yolunda ağır yol qəzası oldu

HADİSƏ

04 Sentyabr 2023 | 10:42

Bakı-Sumqayıt yolunda ağır yol qəzası oldu

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza yolun Bakı istiqamətində gedən hissəsində, Abşeron Gənclər şəhərciyinin qarşısında qeydə alınıb.

“KIA Optima” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “KIA Optima” markalı avtomobil yolun ortasındakı dəmir maneələrə çırpılıb.

İlkin məlumata görə, qəzada ölən və xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisinin (DYP) ərazi üzrə xidmət aparan əməkdaşları yaxınlaşıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026