• Bakı 21° C

    17.48 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

DÜNYA

17 Iyun 2024 | 23:11

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

"Microsoft"un qurucusu Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq arzusunda olduğunu deyib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, söhbət Vayominqdə nüvə elektrik stansiyası (AES) layihəsindən gedir. Layihə Qeytsin "TerraPower" şirkəti tərəfindən həyata keçirilir.

"Mən bir milyarddan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam", - deyə iş adamı bildirib.

Qeyd edək ki, layihə reaktorun su əvəzinə natriumla soyudulmasından istifadəni nəzərdə tutur. Bu, təhlükəsizliyi artırmalı və enerji istehsalının dəyərini azaltmalıdır. Stansiyanın 2030-cu ildə istismara veriləcəyi gözlənilir.

Qeyts vurğulayıb ki, layihə ABŞ-yə mümkün qədər çox nüvə enerjisini cəmləşdirməyə imkan verəcək və digər ölkələri, məsələn, Çini yeni nüvə silahı yaratmaq imkanından məhrum edəcək./oxu.az


SON XƏBƏRLƏR