• Bakı 25° C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.893

    RUB - 0.0186

Almaniyada hökumətdən narazılıq rekord həddə

DÜNYA

17 Iyul 2024 | 22:13

Almaniyada hökumətdən narazılıq rekord həddə

Almanların 24%-i ölkə hökumətinin onları aldatdığına inanır.

Bakıvaxtı.az xəbər verir ki,bunu Ştutqartdakı Hohenheym Universitetinin dərc etdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 17%-nin bu fikri qismən bölüşdüyü, respondentlərin 59%-nin isə əks mövqedə olduğu qeyd edilir.

Almaniya sakinləri daha çox siyasi partiyalara (50%), ölkə hökumətinə (44%) və parlamentə (37%) etibar etmirlər.

Sorğu "Forsa" sosioloji xidməti tərəfindən may və iyun aylarında keçirilib. Burada 16 yaşdan yuxarı 5 min insan iştirak edib.

Sorğu göstərib ki, hazırkı hökumətin işindən narazılıq rekord həddə - 71%-ə çatıb, halbuki may ayında bu rəqəm 63% təşkil edib./oxu.az


SON XƏBƏRLƏR

29 Avqust 2024