• Bakı 24° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.893

    RUB - 0.0186

Qəzzada 10 ayda 40 min insan öldürülüb - Lavrov

DÜNYA

17 Iyul 2024 | 20:36

Qəzzada 10 ayda 40 min insan öldürülüb - Lavrov

İsrailin Qəzza zolağında 10 ay davam edən hərbi əməliyyatı zamanı 40 minə yaxın fələstinli mülki şəxs həlak olub, 90 min nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının sədri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı deyib.

“İsrailin amerikalı müttəfiqləri ilə birlikdə apardığı genişmiqyaslı hərbi əməliyyatın nəticəsi 300 gün, 10 ay ərzində belə desək, təxminən 40 min ölü, 90 min insan itkisi və dağıntı statistikası oldu. Bu, Ukraynanın cənub-şərqində on il davam edən münaqişə zamanı hər iki tərəfdən mülki itkilərin sayından iki dəfə çoxdur”, - deyə nazir qeyd edib.


SON XƏBƏRLƏR

29 Avqust 2024