Almaniyada türkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları “BioNTech” şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin tədarükünə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, şirkət koronavirusun digər variantlarından daha yoluxucu olan Omikronu hədəf alan peyvəndlərə tələbatın payızda artacağını və yeni peyvəndlərin də digər variantlara qarşı qoruyucu olacağını bildirib.
"BioNTech"in yazdan bəri BA.1 variantını hədəfləyən ilk Omikron peyvəndini istehsal etməyə başladığı, tənzimləyici qurum tərəfindən təsdiqlənərsə, dərhal çatdırıla biləcəyi qeyd edilib Şirkət tərəfindən BA.4 və BA.5-i hədəfləyən peyvəndin klinik sınaqlardan və tənzimləyici təsdiqlərdən sonra oktyabr ayında istifadə olunacağı bildirilib.
Nuranə Daxilqızı
















