• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bir səhvin bədəli

CƏMİYYƏT

17 Iyul 2023 | 14:14

Bir səhvin bədəli

“Xarabalıqda vals” gənc yazar Nurlan Yunusovun, səhv etmirəmsə, hələlik 4 kitabından biridir. Özünəxac yazı stili olan yazarın növbəti kitabını maraqla oxudum və...

Muradla Namiq universitetə qəbul olandan dostluq edirlər. Dərdləri də bir olub, sərləri də. Kirayədə belə bir qalıb, tikələrini bölüblər. Hətta ailələrinə güc düşməsin deyə dərsdən sonra bir yerdə işləyiblər.

İşlədikləri restoranın sahibi Samirin qaranlıq keçmişi olub. Ona yanında Muradla Namiq kimi saf, təmiz uşaqların işləməsi sərf edir. Elə bu səbəbdən də o, tələbə olan Muradla Namiqi özünə cangüdən, əslində isə onun qara işlərini görmək üçün yanında saxlamaq istəyir. Buna da nail olur.

Əslində Murad da, Namiq də bədbəxt insanlardı. Namiqin ailəsi, 3 yaşlı qızı olsa da, Samirdən asılılığı, bir növ Samirin barmağının işarəsiylə hərəkət etməsi onun xoşbəxtliyinə həmişə mane olur. Muradı isə tələbə ola-ola kəndə, belə deyək ailəsinə əl tutmasına görə atası qəbul etmir. “Bu qədər pul hardandı” sualına cavab tapa bilməyən ata iki ildən sonra yay tətilində ailəsinin yanına gedən Muradı evdən qovur. Daha sonra bacısı və qardaşı da onunla əlaqələrini kəsirlər. Və beləcə, Murad özünü kimsəsiz kimi təqdinm edir.

Digət tərəfdən, Namiqin dostluğu da Murada bədbəxtlik gətirir. Hər addımda ona problem yaradır. Muradın Samirin qızına gizli sevgisi üzə çıxanda Namiq Aysuyla bağlı onun atasıyla danışdığını deyərək, Murada əngəl olur. Aysunun da Murada istəyi olur. Amma atasının Namiqə üstünlük verməsi qızın intiharıyla nəticələnir. O, ölümündən əvvəl məktubunda da Muradı sevdiyini, Namiqlə heç vaxt ailə qurmayacağını yazıb.

Namiqin Murada bəzbəxtliyi tək bu olurmu? Yox. Namiq Samirin avtomobili ilə adam vurub öldürür. Samir isə Muraddan bu işə öz boynuna götürməsini istəyir. Təbii ki, onun həyatını tamamilə dəyişəcək küllü miqdarda pul qarşılığnda. Amma illərini, həyatını, sağlamlığını həbxsana divarları arasında qoyandan sonra o pulun nə önəmi var?! Necə ki, Muradın da taleyində bir rolu olmur...

Və o, bir səhvin insanın həyatını necə dəyişdirdiyi barədə elə həbsxanada kitab yazır...

 ... Nurlan Yunusovun özünü inkişaf etdirmək, həm də onu oxumaq istəyən hər kəsə qələmini tanıtmaq üçün yazdığı və PDF olaraq paylaşdığı “Xarabalıqda vals” romanını oxumağa dəyər...

Qalib İbrahimoğlu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026