• Bakı 29° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Bir sıra imtahanlar tam rəqəmsalformata keçiriləcək

CƏMİYYƏT

16 Iyul 2025 | 12:01

Bir sıra imtahanlar tam rəqəmsal formata keçiriləcək

“Dövlət dili imtahanı da daxil olmaqla bir sıra imtahanlar tam rəqəmsal formata keçiriləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan dili üzrə dövlət dili imtahanı da daxil olmaqla bir sıra imtahanların növbəti mərhələdə tam rəqəmsal formatda həyata keçirilməsi planlaşdırılır.

“Bunun üçün həm texnoloji dizayn, həm də normativ hüquqi sənədlərin uyğunlaşdırılması tələb olunur”, – deyə Abbaszadə qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR