• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Birincilər məktəbə gedəndə niyə ağlayırlar?

CƏMİYYƏT

21 Sentyabr 2022 | 16:40 | Müəllif: Qalib İbrahimoğlu

Birincilər məktəbə gedəndə niyə ağlayırlar?

Yeni dərs ilinin başlamasından bir neçə gün keçir. İlk dəfə məktəbə ayaq basan birincilər hələ də müəllimlərə, sinif yoldaşlarına alışa bilmir, bəzləri hətta ağlayaraq, dərsə getmək istəmirlər. Bəs uşaqlara məktəbi necə sevdirək?

Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqlarda bu cür problemlərə həmişə rast gəlinir: “Bunun birinci səbəbi uşaqların öz komfort zonalarından çıxmaq istəməmələri ilə bağlıdır. Bilirsiniz ki, məktəbə getmək, həm də uşağı disiplinə dəvət etməkdir, uşaqlar da bu disiplində olmaq istəmirlər. Məktəbdə bəlli saatda dərsə getmək, dərs çalışmaq, öyrənmək lazımdır. Müasir uşaqların bəzən bu komfort zonadan çıxmaq istəməyərək, məktəbə getməkdən imtina edirlər. Bəzilərində buna görə səhər oyananda qızdırma olur, ishal halları baş verir, məktəbə gedəndə davamlı ağlayırlar”.

Onun sözlərinə görə, valideynlə uşaq arasında simbioz bağlılığı olduğundan istər ana, istərsə də ata bu cür situasiyalarda nə edəcəyini bilmir. Buna görə də, uşağı məktəbdən evə apaqmaqla kifayətlənir, bu da uşaqların dərsdən imtina etməsinə gətirib çıxarır: “Bu cür hallar ona görə qeyd olunur ki, uşaq məktəbə hazırlanmalıdır. Qanunvericilikdə də var ki, uşaqlar 3 yaşdan sonra bağçaya getməlidirlər. Dolayısı ilə müəyyən sosial adaptasiya prosesi baş verməlidir. Məktəbə hazırlıq prosesi də valideyn tərəfindən aparılmalı, bu proses məktəbə qədər davam etməlidir”.

Psixoloq qeyd edib ki, valideyn uşaqda məktəbə getməklə bağlı hər hansı bir problem olduğunu görsə, bunu aradan götürmək üçün cəhd etməlidir: “Lazım gələrsə, valideyn bunun üçün mütəxəssis dəstəyindən də istifadə etməlidir. Eyni zamanda, məktəblərdə də psixoloqlar, sinif rəhbərləri, pedaqoqlar aktiv iştirak etməlidirlər ki, 1-ci sinfə gedən şagirdlər adaptasiya prosesini rahat keçə bilsinlər. Normalda uşaqlar artıq 1-2 həftə ərzində məktəbə adaptasiya olurlar”.

Müsahibimiz onu da deyib ki, yeni nəsil uşaqları daha çox komforta düşkündürlər, komfort zonada qalmaq istəyirlər. Uşaq sayı az olduğundan valideyn də çalışır ki, əlindən gələn hər şeyi etsin, uşağı üçün komfort zona yaratmağa çalışır: “Bu məqam da nəzərə alınmalıdır. Müasir dövrün uşağına köhnə dövrün dəyərləri ilə yanaşmaq olmur. Yeni dövrün uşaqlarının geyimindən tutmuş həyata baxışına qədər böyük bir fərq müşəhidə olunur. Və bəzən valideynlər bunu qəbullanmaqda çətinlik yaşayırlar”.

İbtidai sinif müəllimi Mədinə Hümmətova Bakıvaxtı.az-a bildirib ki, ilk növbədə, uşaq bağçaya getməlidir, bağçada mühitə öyrəşməlidir ki, məktəbdə də valideynindən ayrı qala bilsin: “Məkətəbə qədər olan dərsləri keçən zaman uşaqla müəlllim arasında elə münasibət olmalıdır ki, uşağa məktəbi, dərsi sevdirə bilsin. Məktəbə gələnə qədər uşaq müəyyən qədər buna hazır olmalı, bilməlidir ki, nə ilə qarşllaşacaq”.

M.Hümmətova deyib ki, bəzən uşağı bağçaya, məktəbəqədər hazırlığa qoymadan, məktəbə gətirirlər, valideynindən heç ayrı qalmayan uşaq 3-4 saat ayrı qalir və ağlıyır, məktəbə getmək istəmir: “Həmçinin müəllimlə şagird arasında elə münasibət olmalıdır ki, uşaq müəllimi sevdiyi üçün məktəbə getmək istəsin”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026