• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Binəli Yıldırım  Türkiyəyə yola salındı - YENİLƏNİB

CƏMİYYƏT

21 Oktyabr 2022 | 16:16

Binəli Yıldırım Türkiyəyə yola salındı - YENİLƏNİB

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.

Bakıvaxtı.az  NTV-yə istinadən xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar.

Onlar Atatürk Hava Limanından təyyarə ilə Başakşehir Çam və Sakura xəstəxanasına aparılıb.
 

14:01

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə səfiri "Twitter"də bildirib.
 

09:34

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.

Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026