• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

"Bitcoin" ucuzlaşıb

İQTİSADİYYAT

09 Iyun 2026 | 09:11

Bitcoin ucuzlaşıb

Son sutkada kriptovalyuta bazarında satış təzyiqi davam edir, qorxu indeksi 15 bəndə enib.

Bakıvaxtı.az xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,02% artaraq 2,16 trilyon dollara çatıb. Bununla yanaşı, investorların risk iştahı zəif olaraq qalır.

“Bitcoin”in qiyməti son 24 saatda 0,20% azalaraq 62 805 dollara düşüb. Dünyanın ən böyük kriptovalyutası son 7 gündə isə 11,35% dəyər itirib.

“Ethereum”un qiyməti 1 666 dollar səviyyəsində qərarlaşıb və sutkalıq dəyişiklik qeydə alınmayıb. Həftəlik ifadədə isə “Ethereum”un qiyməti 16,67% azalıb.

İlk beşlikdə yer alan BNB-nin qiyməti son 24 saatda 0,10% azalaraq 597 dollara enib. Aktiv son bir həftədə 13,17% dəyər itirib.
Digər iri kriptovalyutalar arasında “Monero”nun qiyməti 4,75% artaraq 321 dollara yüksəlib, “Bitcoin Cash”in qiyməti isə 7,53% azalaraq 205 dollara düşüb.

Analitiklər bazardakı enişin əsas səbəbləri kimi investorların riskli aktivlərdən uzaqlaşmasını, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasını və son günlər kriptovalyutalarda müşahidə olunan genişmiqyaslı satışları göstərirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026