İşğalçı İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına davam edən hücumlarından sonra Qəzzaya nəzarəti Fələstin Muxtariyyətinə vermənin böhranın "həll yolu olmadığını" deyib.
Bakıvaxtı.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu X platformasındakı hesabında etdiyi paylaşımda Qəzza zolağına edilən hücumların nəticələri ilə bağlı qiymətləndirmələr edib.
"Birincisi, HƏMAS olmayacaq və biz onu aradan qaldıracağıq, ikincisi, Fələstin hakimiyyəti həll yolu deyil"- o,qeyd edib.