• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Biz NATO-nun üzvü olacağıq" - İsveç Baş naziri

DÜNYA

16 Yanvar 2023 | 17:24

"Biz NATO-nun üzvü olacağıq" - İsveç Baş naziri

“İnanıram ki, tez və ya gec biz NATO-nun üzvü olacağıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, İsveçin nə zaman NATO-ya üzv olacağını təxmin etmək doğru olmaz: “Biz iyunda Madriddə imzaladığımız memoranduma sadiqik və öhdəliklərimizi yerinə yetiririk. Əlbəttə, bu prosesin tez bir zamanda tamamlanmasını istərdik. Ancaq bildiyiniz kimi, alyansa bütün üzvlər bu barədə qərar verməli, ratifikasiya etməlidir. Bu, müttəfiq kimi Türkiyənin də parlamentində müzakirə olunmalıdır və biz Türkiyənin bu hüququna hörmət edirik”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026