• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Blinken Çavuşoğlu ilə Cənubi Qafqazı müzakirə etdi

DÜNYA

08 Fevral 2022 | 19:49 | Müəllif: Subhan Mahmudov

Blinken Çavuşoğlu ilə Cənubi Qafqazı müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Rusiya-Ukrayna arasında olan gərginliyi müzakirə edib.

Bundan başqa, Blinken və Çavuşoğlu Cənubi Qafqazda baş verən son hadisələri və Ermənistanla davam edən normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar. Türkiyəli nazir Blinkeni martın 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət edib.

Telefon danışığı zamanı Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəfalar diləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR