• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Blinken Çin lideri ilə görüşəcək

DÜNYA

03 Fevral 2023 | 00:17 | Müəllif: Subhan Mahmudov

Blinken Çin lideri ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Blinkenin Çinə səfəri fevralın 5-i başlayacaq. O, səfər zamanı Çin lideri Si Cinpinlə görüşəcək.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin ötən ilin noyabrında Balidə görüşü zamanı ölkələr arasında münasibətləri sabitləşdirmək yollarının tapılması barədə razılığa gəliblər. Görüş zamanı Blinkenin Çinə səfəri də qərarlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026