• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Blinken Qalantla Qəzzanı müzakirə edib

DÜNYA

10 Avqust 2024 | 17:04 | Müəllif: Gülşən Şərif

Blinken Qalantla Qəzzanı müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, tərəflər regionda gərginliyi azaltmaq üçün atılan addımları müzakirə ediblər.

Dövlət katibi ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və qeyd edib ki, eskalasiya heç bir tərəfin maraqlarına uyğun deyil.

Nazir geniş regional sabitliyə şərait yaradacaq atəşkəsə nail olunmasının təcili zəruriliyini vurğulayıb. (trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026