• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Boksçularımız Avropa çempionatını 2 medalla başa vurdu

İDMAN

23 Oktyabr 2022 | 10:23 | Müəllif: Subhan Mahmudov

Boksçularımız Avropa çempionatını 2 medalla başa vurdu

Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib.

Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026