• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

DÇ-2022: ABŞ – Uels matçında qalib olmadı  - YENİLƏNİB

İDMAN

22 Noyabr 2022 | 01:03 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: ABŞ – Uels matçında qalib olmadı - YENİLƏNİB

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.

Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir. Hərəyə 1 xalı olan ABŞ və Uels

***00:43

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab bərabərləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl tarazlığı bərpa edib - 1:1.

***00:05

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra amerikalılar hesabda öndədir - 1:0. Yeganə qolu 36-cı dəqiqədə Timoti Vea vurub.

***23:51

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Şimali Amerika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

***23:40

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 36-cı dəqiqədə Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb.

***23:04

Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***22:28

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams, Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Co. Sarcent

Uels: Ueyn Hennessi, Kris Mefam, Co Rodon, Ben Devis, Konnor Roberts, Itan Ampadu, Aaron Remzi, Harri Uilson, Neko Uillyams, Denie Ceyms, Qaret Beyl

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026