• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bolqarıstanda "Şuşa Parkı" salınacaq

CƏMİYYƏT

12 Fevral 2026 | 09:42

Bolqarıstanda "Şuşa Parkı" salınacaq

Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması nəzərdə tutulur.

Bakıvaxtı.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdədir. Səfər çərçivəsində ötən gün Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, "Şuşa Parkı"nın salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən edir.


Bolqarıstanda "Şuşa Parkı" salınacaqBolqarıstanda "Şuşa Parkı" salınacaq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026