• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bolqarıstanın Baş naziri Bakıya gələcək

SİYASƏT

14 Iyun 2022 | 14:56 | Müəllif: Subhan Mahmudov

Bolqarıstanın Baş naziri Bakıya gələcək

Bolqarıstanın Baş naziri Kiril Petkov yay aylarında yeni Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) vasitəsilə Azərbaycan qazının tədarükünün başlanmasını gözləyir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kiril Petkov Veliko Tırnovoda keçirdiyi brifinq zamanı bildirib.

“Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”, - deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, IGB işə salındıqdan sonra Bolqarıstan ildə 1 mlrd. kubmetr həcmində Azərbaycan qazı qəbul edə biləcək: “Gözləyirəm ki, iyul-avqust aylarında Bolqarıstana bir milyard kubmetr hazırda bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə qaz gələcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026