Özəl tibb müəssisəsi olan “Bona Dea” MMC barəsində məhkəmə iddiası qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən klinika barəsində cərimə protokolu tərtib olunub.
“Bona Dea”nın rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, “Bona Dea” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
İşə Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədirliyi ilə baxılır.
Qeyd edək ki, “Bona Dea” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.
Ramid İbrahimov
















