• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borcu olan ölsə, pulu onlar ödəyəcək - Ekspert qərarı şərh etdi

CƏMİYYƏT

24 May 2023 | 10:58

Borcu olan ölsə, pulu onlar ödəyəcək - Ekspert qərarı şərh etdi

Konstitusiya Məhkəməsinin verdiyi yeni qərara əsasən Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Bu qərar birmənalı qarşılanmyıb. Xüsusilə şəhid ailələri və valideynləri pensiya yaşına çatmadan vəfat edən şəxslərin ailə üzvləri məsələyə münasibət bildiriblər. "O zaman vəfat edən şəxsin yığılmış pensiya kapitalı da vərəsələrinə ödənməlidir" - deyə qeyd ediblər.

“Vərəsilik institutuna və miras qaydalarına uyğun qərardır. Rəhmətə gedən şəxsin vərəsələri varsa və  onlar mirasa sahib olurlarsa, öhdəliklərinə də sahib çıxmalıdırlar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Ekspert qeyd edib ki, vərəsə mirasdan imtina etməklə, öhdəliklərdən imtina edə bilər: “Vətəndaş ipoteka krediti götürüb, daşınmaz əmlak alıb, amma borcu qaytarmadan vəfat edib. Vərəsə mirasdan imtina edərsə, o vərəsə kimi qeydiyyatdan keçməyəcək və öhdəlikləri də yaranmayacaq. O zaman bank, ya da müvafiq ipoteka fondu əmlakı satışa çıxarıb borcu bağlayacaq.  Yəni vətəndaşın vəfatı borca xitam verilməsi üçün əsas olmamalıdır”.

Pensiya kapitalı məsələsinə toxunan ekspert deyib ki, ailə başçısı vəfat edibsə, onun azyaşlı övladına və xanımına pensiya təyin edilir.

O bildirib ki, vərəsələr həyat sığortası məhsulundan istifadə edirsə, sığorta haqqı borc öhdəliklərinə yönləndirilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026