• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı

CƏMİYYƏT

23 Iyun 2023 | 09:24

Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, general-mayoru T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026