• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polisdən əməliyyat - Saxlanılanlar var - FOTO

CƏMİYYƏT

23 Iyun 2023 | 09:01

Polisdən əməliyyat - Saxlanılanlar var - FOTO

Qusarda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Eldar Qadıyevdən qanunsuz olaraq saxladığı “AKS-74” markalı silah, 2 ədəd həmin silaha məxsus patron darağı və 60 ədəd güllə aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkarlanıb.

E.Şıxkərimovdan isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Polisdən əməliyyat - Saxlanılanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026