• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Boris Consonun reytinqi rekord həddə düşdü

DÜNYA

11 Dekabr 2021 | 01:00 | Müəllif: Subhan Mahmudov

Boris Consonun reytinqi rekord həddə düşdü

Koronavirus pandemiyası fonunda Milad şənliyi qalmaqalından dolayı Böyük Britaniyanın Baş naziri Boris Consonun reytinqi hökumət başçısı vəzifəsində işlədiyi vaxtdan bəri rekord səviyyədə aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “YouGov” sosioloji institutunun dərc etdiyi araşdırmada deyilir.

Dekabrın 8-9-da keçirilən sorğunun nəticələrinə görə, indi respondentlərin yalnız 24 faizi Conson haqqında müsbət danışır, krallıq sakinlərinin 66%-i isə onun haqqında mənfi fikirdədir, qalanları münasibət bildirməyib. Qeyd olunur ki, Baş nazirin mənfi 42-yə bərabər olan hazırkı reytinqi noyabrın ortalarından əvvəlki araşdırma ilə müqayisədə 11 bənd pisləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026