• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Boşandı, ölkədən çıxışına 8000 il qadağa qoyuldu

DÜNYA

28 Dekabr 2021 | 01:19 | Müəllif: Qalib İbrahimoğlu

Boşandı, ölkədən çıxışına 8000 il qadağa qoyuldu

Avstraliyalı bir kişinin 8000 il İsraildən çıxışına qadağa qoyulub.

Bakıvaxtı.az "qafqazinfo.az"a istinadən xəbər verir ki, buna səbəb onun israilli qadınla boşanmasıdır.

Belə ki, o, məhkəmə qərarı ilə 2013-cü ildən bəri İsraili tərk edə bilməyib.

Bildirilir ki, İsrail məhkəməsi boşanan kişiyə iki övladının hər biri üçün 18 yaşına çatana qədər ayda 5 min İsrail şekeli aliment ödəməyə qərar verib. Əgər kişi ümumilikdə 3 milyon 340 min dollara uyğun gələn bu məbləği ödəməsə, 9999-cu ilə qədər ölkədən çıxa bilməz. Ona hətta tətil və işləmək üçün də İsraili tərk etmək qadağandır.

"İsrailli qadınla evli olduğum üçün İsrail ədliyyə sisteminin zülmünə məruz qalan insanlardan biriyəm", - avstraliyalı kişi deyib.

Qeyd edək ki, İsrailin boşanma və aliment haqqında qanunları tez-tez tənqid edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026