• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Braziliyada ənənəvi karnavallar təxirə salındı

DÜNYA

25 Yanvar 2022 | 05:47 | Müəllif: Qalib İbrahimoğlu

Braziliyada ənənəvi karnavallar təxirə salındı

Rio-de-Janeyro və San-Pauluda samba məktəblərinin ənənəvi karnaval paradları koronavirusun omikron ştamının yayılması ilə əlaqədar aprel ayına təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, u barədə Rio-de-Janeyro meriyası məlumat yayıb.

"Şəhərdə COVID-19-a yoluxma hallarının artması fonunda, [Sambadrome de Marquis de] Sapukai-də Karnavalın aprel ayına təxirə salındığını elan edirik", - deyə meriya tvitində bildirib.

Qeyd olunur ki, bu qərarı ölkənin iki ən böyük metropoliteninin merləri Eduardo Pais və Rikardo Nunes cümə günü keçirilən görüşdə birgə qəbul ediblər. Görüşdə samba məktəblərinin yerli assosiasiyalarının rəhbərləri də iştirak ediblər. Qeyd edildiyi kimi, yeni bayramlar aprelin 21-də təqdir edilən yerli milli qəhrəman Tiradentesin ölüm tarixinə təsadüf edəcək (aviatravel.az). Bundan əvvəl Rio-de-Janeyro və San-Paulu prefekturaları ənənəvi küçə karnaval şənliklərini keçirməkdən imtina ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026