• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyənin BRİKS-ə üzvlüyü ona vəd edir? - AÇIQLAMA

DÜNYA

06 Iyun 2024 | 10:35

Türkiyənin BRİKS-ə üzvlüyü ona vəd edir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə BRİKS-ə qoşulmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çində səfərdə olarkən Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Bildirilib ki, bu məsələ Rusiya Federasiyasında nazirlərin görüşündə müzakirə olunacaq.

Bəs görəsən Türkiyənin BRİKS-ə üzvlüyü ona vəd edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımovun sözlərinə görə, BRİKS 5 ölkənin təşəbbüsü ilə yaradılıb ki, bunlar Çin, Hindistan, Rusiya, Braziliya və Güney Afrika Respublikasıdır və bu ölkələrin birləşdiyi qurum hələlik tam şəkildə inteqrasiya olunmuş, daha sıx əlaqələrin malik olan bir qurum deyil.

O.Qasımov qeyd edib ki, burda birləşən dövlətlərin münasibətlərində iqtisadi məsələlər daha çox üstünlük təşkil edir. Belə ki, siyasi məsələlər burda ön plana çıxarılmır:

“Nəzərə alsaq ki, Hindistanla Çin uzun müddətdən bəri rəqabət edən, bir çox hallarda gərgin münasibətlərdə olan ölkələrdir. Amma burda qeyd etdiyimiz kimi iqtisadi məsələlər önə çıxarılır”.

 

Oqtay Qasımov: politoloq

Politoloqun sözlərinə görə, son illər dünyada gedən proseslər onu göstərir ki, dünya yeni nizama doğru gedir və bu yeni dünya nizamında müxtəlif dövlətlər də yer almaq istəyirlər:

“Biz təkqütblü dünyadan çoxqübtlü dünyaya keçid dövrünü yaşayırıq. Bu baxımdan BRİKS-in özü də bu istiqamətdə müəyyən cəhdlər göstərir”.

Türkiyənin də bu quruma üzvlüklə bağlı istəklərinin təbii qarşılanmalı olduğunu deyən ekspert, nəzərə çatdırıb ki, Türkiyə regional bir güc olaraq son dövrlər beynəlxalq miqyasda da ciddi uğurlara imza atıb, mövqelərini ciddi şəkildə möhkəmlədib.

Müsahibimiz onu yaradan dövlətlərlə Türkiyənin münasibətlərinin kifayət qədər yüksək səviyyədə olduğunu deyib və əlavə edib ki, bu ölkələr son dönəmlər iqtisadi cəhətdən daha çox inkişaf etməyə başlayıblar:

“Çin artıq dünyanın ikinci iqtisadiyyatını təmsil edir. Yaxın zamanlarda Hindistanın dünyada üçüncü iqtisadi gücə çevriləcəyi reallıqları var. Rusiya öz coğrafi mövqeyi və təbii zənginlikləri ilə diqqət çəkir. Braziliya da o cümlədən”.

Həmsöhbətimiz bu baxımdan Türkiyənin bu quruma gələcəkdə üzvlüyünün ancaq Türkiyənin faydasına olacağını söyləyib:

“Türkiyənin bu dövlətlərlə münasibətləri bir az da inkişaf etdirə bilər. Eyni zamanda bu iqtisadi əlaqələr Türkiyənin iqtisadi gücü ilə bərabər siyasi gücünü də artırmış olar”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026