• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya orbitə ilk hərbi kəşfiyyat peykini çıxardı

DÜNYA

17 Avqust 2024 | 21:34 | Müəllif: Subhan Mahmudov

Britaniya orbitə ilk hərbi kəşfiyyat peykini çıxardı

Böyük Britaniya Yer səthinin gündüz foto və video çəkilişi üçün nəzərdə tutulmuş ilk hərbi peykini orbitə çıxarıb.

Bakəvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kosmik Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Amerikanın “Falcon 9” daşıyıcı aparatı ilə orbitə çıxarılan “Tyche” peyki Böyük Britaniyada yaradılıb. Onun hazırlanması və yığılması 22 milyon funt-sterlinqə (25 milyon dollar) başa gəlib. 160 kq çəkisi olan peyk 5 km enində, 90 sm-ə qədər aydınlıqda yer cisimlərinin təsvirlərini təqdim etmək üçün nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026