• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

CƏMİYYƏT

11 Avqust 2023 | 14:29

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

12 avqust saat 22:00-dan 13 avqust saat 06:00-dək Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində yolun hərəkət hissəsində yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparılacağından yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (102, 130, 155 №-li) fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026