• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu ay üzrə sosial ödənişlər yekunlaşdı

CƏMİYYƏT

27 Sentyabr 2023 | 10:39

Bu ay üzrə sosial ödənişlər yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məlumat verilib.

Bundan əvvəl - sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026