• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Aysunun keçmiş əri COŞDU: “Ağzınıza gələni danışmayın”

MƏDƏNİYYƏT

30 Yanvar 2024 | 10:37

Aysunun keçmiş əri COŞDU: “Ağzınıza gələni danışmayın”

Müğənni Alican Həmid Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilovun qəzəbinə tuş gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Alicanın “Xəbərin var?” verilişində Aysunla küsülülüyünə səbəb kimi Eşqinin onun klipində rol almasını göstərməsi Cəlilovu özündən çıxarıb.

Məsələnin dərinliklərinə varan Eşqin müğənnilərin əsl küsülülük səbəbinin Alican olduğunu deyib:

“Aysun səndən gecikməyinə görə küsüb. Son dəfə də səhər tezdən “Xəzər” televiziyasında verilişə gecikdin. Sənin əvəzinə verilişə də mən çıxdım. Məlumatı verəndə düz ver”.

Eşqin Alican və digər müğənnilərə xəbərdarlıq edib:

“Alican, mən sənin klipində çəkilməmişəm. Mahnı da mənimdir, klipi də mən çəkdirmişəm, oranjmanı da mən etdirmişəm. Bu, müğənnilərin xüsusiyyətidir. Çıxıb hər dəfə alırsınız əlinizə mikrofonu, ağzınıza gələni danışırsınız”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026