Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Publik hüquqi şəxsi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidənqurma layihəsi üzrə layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “ERACON” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qaliblə 144 min 550 manat dəyərində müqavilə imzalanacaq.
Müqavilənin şərtlərinə görə, təmir olunacaq inzibati bina və korpuslar üzrə mövcud planlarının hazırlanması, sifarişçinin istəyinə uyğun mövcud qanunvericiliyin tələbləri gözlənilməklə yeni labolatoriya, arxiv, palatalar və digər otaqların layihələndirmə zamanı yerdəyişməsinin nəzərə alınaraq mövcud üzərində qismən dəyişikliklər etməklə yeni planların hazırlanması və digər işlərin görülməsi nəzərdə tutulub.
Ramid İbrahimov
















