• Bakı 25° C

    7.05 m/s

Bu ərazilərdə İŞIQ OLMAYACAQ -  saat 11:00-dən...

CƏMİYYƏT

22 Avqust 2025 | 10:28

Bu ərazilərdə İŞIQ OLMAYACAQ -  saat 11:00-dən...

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 22-də 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformator şəbəkəyə qoşulacaq. 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Binəqədi Şosesi, "Zəngəzur" obyektinin ətrafında olan yaşayış masivlərində, saat 11:00-dan 14:00-dək Vulkan dağı ətrafında yerləşən yeni yaşayış masivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

21 Avqust 2025