• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu estetik cərrahla bağlı araşdırma başladı

CƏMİYYƏT

02 Aprel 2025 | 09:23

Bu estetik cərrahla bağlı araşdırma başladı

Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    "Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb.

    Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- məlumatda deyilib.

    Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026