• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb - YENİLƏNİB

DÜNYA

21 Mart 2023 | 16:33

Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb - YENİLƏNİB

AK Partiya Qrup sədri İsmət Yılmaz və MHP sədr müavini Erkan Akçay hazırki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürmək üçün Ali Seçki Qurumuna (YSK) gedib. 

Bakıvaxtı.az xəbər verir ki, onlar digər rəsmilərlə bərabər Ərdoğanın 14 mayda keçiriləcək seçkilər üçün namizədlik sənədini təqdim ediblər. 

Müraciət Bakı vaxtı ilə saat 16:00-da edilib.

 

13:42

Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) bu gün saat 15.00-da Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Qurumuna müraciət edəcək.

 


SON XƏBƏRLƏR

16 Aprel 2024