• Bakı 16° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bu gün hava günəşli olacaq

CƏMİYYƏT

15 Avqust 2022 | 08:34

Bu gün hava günəşli olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.


SON XƏBƏRLƏR