• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Bu heykəllər restavrasiya ediləcək

CƏMİYYƏT

25 Iyul 2024 | 13:48

Bu heykəllər restavrasiya ediləcək

Bakıdakı bəzi heykəllər restavrasiya ediləcək

Bakıvaxtı.az bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

    Qeyd olunub ki, təklif əsasında ixtisaslaşmış texniki heyət tərəfindən bərpa təmizləmə işlərinə başlanılıb.

    “İşlərin yerinə yetirilməsində məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır.

    Bakı şəhərində iqlimin və təbii şəraitin aqressiv olduğunu nəzər alaraq, külək, yağış, günəş, toz və digər təbii təsirlərdən heykəllərdə rəng dəyişməsi, çirk qatı və ləkələr yaranır. Qeyd edilən problemlərin dərinləşməməsi üçün vaxtaşırı aparılmış monitorinqin nəticələrinə uyğun olaraq heykəllərin təmizlənməsi, xüsusi qoruyucu qatın çəkilməsi və bəzi heykəllərdə postament hissəsində dağılmış yerlərin bərpası məqsədəuyğundur. Abidələr şəhərimizin qonaqları üçün maraq kəsb edən yer olduğunu nəzərə alaraq onların təmizlənməsi və restavrasiya edilməsi qərara alınıb”, - məlumatda deyilir.

    Qeyd edilib ki, heykəllərin restavrasiyası üçün dünyada qəbul edilmiş xüsusi materiallardan və restavrasiya üsulundan istifadə ediləcəkdir. /Report


    SON XƏBƏRLƏR

    06 Iyul 2025
    05 Iyul 2025