• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

HADİSƏ

22 Iyul 2022 | 12:06

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında qeyd edilib.

Geniş Kollegiya İclası zamanı bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Qeyd olunmuşdur ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR