• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub

CƏMİYYƏT

09 Aprel 2024 | 10:20

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub

Bu ilin I rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 11,9 mini pensiya, 39 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.


Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026