• Bakı C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Bu il 772 endoprotez əməliyyatı həyata keçirilib

CƏMİYYƏT

23 Dekabr 2024 | 11:38

Bu il 772 endoprotez əməliyyatı həyata keçirilib

“Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, hazırda bu müəssisələrlə yanaşı, 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur və 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR