• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

İQTİSADİYYAT

31 Avqust 2021 | 20:31 | Müəllif: Subhan Mahmudov

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 172,4 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,8 faiz artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 71,3 faiz azalıb.

Yanvar-iyul aylarında 940 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 134 ədəd az minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə traktorların istehsalı 3,9 dəfə artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026