“Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu il Azərbaycanda sığorta haqlarının 1 milyard manatı keçəcəyini proqnozlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sığorta Festivalı” ilə bağlı keçirilən mətbuat konfransında ASA-nın İcraçı direktoru Elmar Mirsalayev bildirib.
"2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat sığorta haqqı toplanılıb. Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı deyə bilərik. Odur ki sığorta biliklərini və sığorta mədəniyyətini artırmaq üçün müxtəlif tədbirlər həyata keçiririk", - deyə o qeyd edib.
E.Mirsalayev Azərbaycanda könüllü sığorta növlərk arasında məşhur sığorta məhsullarının adını da açıqlayıb: “Həm Bakıda, həm də regionlarda avtomobilin və daşınmaz əmlakın könüllü sığortası, o cümlədən sağlamlıq sığortası ən çox tələb olunan sığorta məhsuludur”.
Ramid İbrahimov



jpg-1695449203.webp)

jpg-1695383237.webp)
jpg-1695359291.webp)






jpg-1695273258.webp)


