• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu il çimərliklərdə hansı təhlükə gözlənilir? -  VİDEO

CƏMİYYƏT

14 May 2024 | 07:11 | Müəllif: Gülşən Şərif

Bu il çimərliklərdə hansı təhlükə gözlənilir? - VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalması çimərliklərdə problem yarada bilər.

Ekspertlər bildiriblər ki, dənizin suyunun bu qədər çəkilməsi ciddi ekoloji problemdir və sahilboyu obyektlərin fəaliyyətinə də təsirsiz ötüşməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, su geri çəkildiyi üçün bəzi ərazilərdə çimərliyə üz tutanlar daha da irəli getməli olacaqlar ki, bu da təhlükəli ola bilər.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, suyun səviyyəsinin azalması səbəbi ilə çimərliklərin dibinin relyefində dəyişikliklər baş verir. Bu səbəbdən vətəndaşlar yalnız icazəli ərazilərdə çimməlidirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür.

Belə ki, bu məqsədlə aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026